image-4backend

Seymur Orucov ağstafalı dövlət qulluqçuları ilə görüşüb, etik davranış qaydaları və onların fəaliyyətlərində səmərəliliyin artırılmasına dair müzakirələr aparılıb -FOTOLAR

image-reklam_sirab_01

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə rayonda fəaliyyət göstərən müxtəlif qurumlarda çalışan dövlət qulluqçuları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan RİH başçısı qeyd edib ki, ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı, bu sahədə milli kadrların yetişdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü və müəllifliyi ilə hazırlanan Konstitusiyamız müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamış, dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi məqsədi ilə 2000-ci il iyulun 21-də ölkəmizdə ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ümummilli Liderin dövlət qulluğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən bu sahə müasir dövrün tələblərinə uyğunlaşdırılır, idarəetmədə yeni texnologiyalar tətbiq edilir, dövlət və cəmiyyət arasında siyasi, iqtisadi, hüquqi və sosial münasibətlərin inkişafı və qarşılıqlı razılıq dərəcəsi təmin olunur, bu sahədə çalışanlar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Musayev “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” mövzusunda geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, dövlət qulluğu xalqa və dövlətə xidmət imkanıdır, dövlət qulluqçularının fəaliyyətinə qiymət verilərkən onların vətəndaşların gündəlik problemlərinin həllinə necə yanaşması əsas meyarlardan biri hesab olunur.
Görüşdə dövlət qulluqçularının etik davranış qaydalarına, onların fəaliyyətlərinin səmərəliliyinin artırılmasına dair geniş müzakirələr aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki