image-reklam-veteninfo
image-1backend

SON DƏQİQƏ! Bakı Ermənistandakı görüşü LƏĞV ETDİ – SƏBƏB

image-reklam-veteninfo

Azərbaycan tərəfi “Sülh körpüsü” təşəbbüsü çərçivəsində iki ölkə ekspertlərinin bu günlərdə Ermənistanda keçirilməsi nəzərdə tutulan görüşünü təxirə salmaq barədə qərar qəbul edib.

“Minval Politika”nın əldə etdiyi məlumata görə, bu addımın atılmasına Ermənistan cəmiyyətində Azərbaycan əleyhinə yaranmış vəziyyət səbəb olub.

Son günlər xarici lobbi və ekspert dairələri cəlb olunmaqla ölkəmizə qarşı genişmiqyaslı informasiya kampaniyası başladılıb.

Bakıdakı mənbələrin verdiyi məlumata əsasən, Azərbaycana qarşı ərazi iddiaları və onun suverenliyinə müdaxilə cəhdləri Ermənistanın dövlət qurumları tərəfindən açıq şəkildə dəstəklənir.

Başqa sözlə, hücumların arxasında rəsmi İrəvanın dayandığı bildirilir.

Mövcud şəraitdə Azərbaycan tərəfi növbəti görüşün Ermənistanda keçirilməsini məqsədəuyğun hesab etməyərək təxirə salınmasına qərar verib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki