image-efe6383ec1920f4c96acf0666d870ee0backend

SON DƏQİQƏ! Türkiyənin siyasi tarixində İLK DƏFƏ – Xalq öz liderini İKİNCİ TURDA seçir

image-reklam_sirab_01

Bu gün, mayın 28-i Türkiyənin siyasi tarixində ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu keçirilir. Səsvermə bütün ölkə üzrə yerli vaxtla saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Türkiyə xalqı 5 il müddətinə fəaliyyət göstərəcək 13-cü prezidenti seçmək üçün səs verir.

Prezidentlik uğrunda 2 namizəd – hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda isə Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ilk turu 14 may tarixində keçirilib. Birinci turda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu və ilə yanaşı, “Ata İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparıb.

İlk turda Ərdoğan və Oğan müvafiq olaraq 49,5% və 5,2% səs toplayıblar. Kılıçdaroğlu 44,9%, Məhərrəm İncə isə geri çəkilməsinə baxmayaraq, 0,4% səs toplayıb. Ərdoğan səslərin mütləq çoxluğundan 0,5% az səs aldığı üçün bu gün Kılıçdaroğlu ilə seçkilərin ikinci turunda mübarizə aparır.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkiləri analitiklər tərəfindən “2023-cü ilin ən önəmli hadisəsi” kimi şərh edilir.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki