image-f3810bae-29c0-4d2f-8193-8e598f793350backend

“Sumqayıt” millinin sabiq üzvü ilə müqavilə bağlayıb

image-reklam_sirab_01

“Sumqayıt” Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb.

Veteninfo.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı Ukrayna əsilli qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər. O, “Sumqayıt”da 23 nömrəli formada çıxış edəcək.

Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir

Qeyd edək ki, bu, Andrey Popoviç daha əvvəl 2011/12, 2013/14 və 2014/15 mövsümlərində “Sumqayıt”ın formasını geyinib. 2008 – 2012-ci illərdə Azərbaycanın U-19, U-21 və əsas yığmalarında çıxış etmiş təcrübəli oyunçu “Bakı”, “Abşeron” və “Qəbələ” komandalarının da şərəfini qoruyub.

Onun son klubu Ukrayna LNZ-si olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki