image-bez-nazvaniya-1backend

“Tabaterra” QSC Türkiyəyə dəstək məqsədilə 200 min manat ianə etdi

image-reklam_sirab_01

Türkiyədə baş verən zəlzələdən sonra faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə yardım  kampaniyalarına başlanılıdı. Bir millət, iki dövlət prinsipinə uyğun olaraq, Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdə olduğunu bir daha nümayiş etdirdi. Bütün Azərbaycan xalqı Türkiyəyə dəstək olmaq üçün fəaliyyətə başladı. Ölkəmizdə böyük şirkətlər, sadə vətəndaşlar öz dəstəklərini bir yumruq halında nümayiş etdirdilər. Bu gün də qardaş ölkəyə bu dəstək davam edir.

“Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək vermək məqsədi ilə Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) 200 min manat ianə edib.

Faciə ilə əlaqədar qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir və zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılmasını arzu edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki