image-5555backend

Təbrizdə kütləvi  həbslər başladı: Güneyli milli fəallar saxlanıldı 

image-reklam_sirab_01

Təbrizdə 5 milli-mədəni fəal İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə milli fəalların yaxınları məlumat verib.

Məlumata görə, Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbri mayın 18-i axşam saatlarında saxlanılıb.

Fəalların şəxsi mənzillərində axtarış aparılıb və bir sıra şəxsi əşyaları müsadirə edilib. Onların nədə ittiham olunduğu və hara aparıldığı barədə açıqlama verilməyib.

Adları çəkilən milli fəalların son günlər mayın 22-də Güney Azərbaycan şəhərlərində kütləvi nümayişlərə çağırışlar edildiyi üçün saxlanıldıqları güman edilir.

Qeyd edək ki, son günlər Güney Azərbaycanın müxtəlif bölgələrində hökumət orqanları tərəfindən milli-mədəni fəallara çağırışlar göndərilir, onlar məhkəmə və prokurorluqda ifadə verməyə dəvət olunurlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki