image-52backend

Təmsilçimiz səfərə kapitansız yollanacaq

image-reklam_sirab_01
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” səfərə itki ilə yollanacaq.
 
Azərbaycan Futzal Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə kapitan Rizvan Fərzəliyev Ukraynada keçiriləcək bu mərhələnin qarşılaşmalarında komanda yoldaşlarına zədə üzündən kömək edə bilməyəcək. Bunu nəzərə alan klub rəhbərliyi təcrübəli futzalçını səfərə aparmayacaq və o, müalicəsini Bakıda davam etdirəcək. Əvəzində bir müddətdir müalicə prosesi keçən Ramiz Çovdarov İvano-Frankivskdə “Araz-Naxçıvan”a kömək edəcək.

Bu arada “Araz-Naxçıvan”ın səfərə aparacağı futzalçıların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Rövşən Hüseynov, Emin Kürdov
Oyunçular: Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, İsak Surğalı, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges.
“Araz-Naxçıvan” oktyabrın 26-da Bakı-İstanbul-Lvov hava reysi ilə səfər çıxacaq, Lvovdan isə avtobusla İvano Frankivskiyə yollanacaq.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki