image-20d1c996-4063-32dc-903a-78f413830565_850backend

Tibo Kurtua “Real Madrid”in oyununa görə millinin növbəti matçını buraxacaq

image-reklam_sirab_01

Belçika millisinin qapıçısı Tibo Kurtua Belarusa qarşı keçirəcəkləri 2022-ci dünya çempionatının seçmə oyununu buraxacaq.

Veteninfo.az xəbər verir ki, 29 yaşlı qolkiper bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

O, komanda ilə Belarusa getməyəcəyini söyləyib: “Real Madrid”də vacib oyunum var və məni uzun səfər gözləyir. Düşünürəm ki, bu, digər qapıçılara da oynamaq üçün fürsətdir”.

Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Belarus – Belçika görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Belçika E qrupunda 13 xalla liderdir. “Real Madrid” sentyabrın 12-də La Liqanın IV turunda “Selta Viqo”nu qəbul edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki