image-1628316967_4811278backend

Tokio 2020: Komandamız finala çıxa bilmədi

image-reklam_sirab_01

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Veteninfo.az xəbər verir ki, tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət “5-lik” 3 halqa və 2 cüt gürzlə də bacarığını nümayiş etdirib. Hakimlər bu dəfə onların çıxışını 37,650 balla qiymətləndiriblər. Daha əvvəl ədalət təmsilçiləri 5 topla hərəkətə 36,700 bal vermişdilər.

Beləliklə, Azərbaycan komandası iki hərəkətin cəmində 74,350 xalla 14 ölkə arasında 10-cu yeri tutub və ilk “8-liy”ə düşmədiyi üçün finala yüksələ bilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki