Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev ikinci görüşündə Avstraliya idmançısı Tsuneari Yahiro ilə qarşılaşıb.
Veteninfo.az-ın məlumatına görə, R.Ağayev 5:0 hesabı ilə rəqibinə qalib gəlib. Növbəti görüşlərdə karateçimiz Qazaxıstan karateçisi Nurkanat Ajikanov və italiyalı Luici Buza ilə qarşılaşacaq.
Tokio-2020 Yay Olimpiya Oyunlarında karate üzrə yarışlar start götürüb. Virtualaz.org xəbər verir ki, 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev ilk görüşdə almaniyalı rəqibi Nikolas Bitçlə qarşılaşıb. O, rəqibini 2-1 hesabı ilə üstələyib.
Növbəti görüşlərdə karateçimiz Avstraliya idmançısı Tsuneari Yahiro, Qazaxıstan karateçisi Nurkanat Ajikanov və italiyalı Luici Buza ilə qarşılaşacaq.