Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio Olimpiadasında ikinci görüşünü keçirib.
Trend xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dörddəbir final mərhələsində Frank Çamizoya (İtaliya) məğlub olub.
İlk görüşdə T.Bayramov Ukrayna təmsilçisi Vasil Mixaylovdan üstün olub.
Olimpiadada güləş yarışları davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün Turan Bayramov (74 kq) mübarizəyə start verib.
20 yaşlı güləşçimiz ilk görüşdə ukraynalı Vasili Mixaylova qalib gəlib – 4:2. Həmyerlimiz 1/4 finalda ikiqat dünya çempionu Frank Çamizo (İtaliya) ilə qarşılaşacaq. Veteninfo.az