ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevi 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 sammitində iştirak etməyə dəvət edib.
Vətəninfo.az xəbər verir ki, Tramp bundan əvvəl də 8 avqustda telefon danışığı zamanı oxşar təkliflə çıxış etmişdi. İlham Əliyev Trampa G20 sammitində iştirak etmək üçün dəvətə görə təşəkkür etmiş və bunu Azərbaycana qarşı dost münasibətin təzahürü kimi qiymətləndirmişdir.


























