image-reklam-veteninfo
image-1backend

Tramp: İranla kiminlə danışacağımızı bilmirik

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp İranın rəhbərliyi ilə bağlı vəziyyətin mürəkkəbləşdiyini və Vaşinqtonun danışıqlar aparacağı şəxsi müəyyənləşdirməkdə çətinlik çəkdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Tramp seçicilərlə görüşü zamanı İranın hərbi imkanlarının zəiflədiyini iddia edib və ölkənin rəhbərliyi ilə bağlı vəziyyətə toxunub.

“İran son nəfəsini verir. Onların gəmiləri yoxdur, heç nələri yoxdur, hətta liderləri belə yoxdur. Bu isə problemdir. Liderlərlə bağlı həddindən artıq irəli getdik, çünki artıq kiminlə işləyəcəyimizi bilmirik”, – deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib ki, İran daxilində prezident olmaq istəyən şəxsin tapılması da çətinləşib.

“Düzünü desəm, kiminlə işləyəcəyimizi bilməkdə çətinlik çəkirik. Düşünürəm ki, həddindən artıq irəli getdik. Birinci səviyyədə dayana bilərdik. İkinci səviyyə, ikinci yarım səviyyə – amma yəqin ki, həddindən artıq irəli getdik”, – deyə o vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki