image-reklam-veteninfo
image-1backend

Tramp : Mən jilet geyinməyi sevmirəm

image-reklam-veteninfo

ABŞ prezidenti güllə keçirməyən jilet geyinməyi niyə sevmədiyini izah etdi
Associated Press-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp cümə axşamı günü ona qarşı çoxsaylı sui-qəsd cəhdlərinə baxmayaraq, güllə keçirməyən jilet geyinməyi xoşlamadığını, çünki bunun onu kök göstərəcəyindən qorxduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Tramp jurnalistlərə qoruyucu jilet geyinmək məsələsinin müzakirə olunub-olunmadığı soruşulduqda bildirib ki, “20 funt (təxminən 9 kq) daha ağır görünməyə hazır olub-olmadığımı bilmirəm”.

Amerika mediasının məlumatına görə, məsələyə şənbə günü Vaşinqtonda keçirilən təntənəli qəbul zamanı baş verən 79 yaşlı prezidentə qarşı sonuncu sui-qəsd cəhdi ilə əlaqədar baxılıb.

“Məndən bu barədə soruşublar. Düşünürəm ki, siz də məhz bunu düşünürsünüz. Bir tərəfdən, bunu etməyi xoşlamırsınız, çünki mənfi təsirə təslim olursunuz. Ona görə də bilmirəm. Amma məndən bu barədə soruşublar”, – Tramp deyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki