image-reklam-veteninfo
image-1backend

“TÜRK DÖVLƏTLƏRİ BİRLİYİ:QLOBAL İNTEQRASİYANIN TÜRK MODELİ” KİTABINA BİR NEÇƏ SÖZ

image-reklam-veteninfo

(7-ci yazı)

Milli Məclisin deputatı Cavanşir Feyziyev Türk Dövlətləri Birliyinə həm beynəlxalq siyasətin avanqardı, həm də beynəlxalq hüququn subyekti kimi baxır. O, üçüncü minilliyin başlanığıncında dünyada gedən pozitiv qanunauyğunluğun çox maraqlı və zəruri tendensiyalarına nəzər yetirir, birlik meyillərinin tarixdən bugünə kimi gəlib çatan, sıradan çıxan hal və məqamlarına aydınlıq gətirir. Tarixən baş verən inteqrasıyaların artıq bu minillikdə bir işə yaramadığını xüsusilə vurğulayır. Artıq beynəlxalq birlikdə liberal-demokratik dəyərlərin siyasi əxlaqı formalaşdıran amillərin güclənməsini, dünyanın arxaik üsullarla idarə edilməsinin sonunun yaxınlaşmasını müjdələyir.Üçüncü minilliyin beynəlxalq siyasəti və beynəlxalq hüququ üçün bu aparıcı tendensiya dünya dövlətlərinin qlobal və regional miqyasda birləşməsinin məcburi deyil, siyasi zərurət söykənməsidir. Yüz illər boyu dünya dövlətlərini onların batdığı qeyri-bərabərlik bataqlığından xilas edən də bu tendensiyanın davam etdirilməsi olacaqdır deyir…

Cavanşir Feyziyev bu istiqamətdə fikirlərini inkişaf edirərək yazır ki, beynəlxalq hüquq normalarının beynəlxalq siyasətdə prioritetə çevrilməsi yeni dünya sistemini yaratmağa məsuliyyətli dövlətlərin regional və qlobal miqyasda konsolidasiyası baş verir.Dünyanın arxaik üsulla idarə edilməsindən əl çəkməyən qüvvələrin movcudluğu səraitində bu konsolidasiya zərurəti birə-beş artır. Çünki birləşməyənləri dağıtmaq və təkləmək, əlbəttə, asandır. Lakin müasir beynəlxalq siyasətin “qanundankənar oyunları” onu göstərir ki, hətta bu zərurəti dərk etmək və necə gəldi birləşmək özü də kifayət deyil. Birləşmək üçün güclü olmaq lazımdır. Zəiflər hətta istəsələr də onların hər zaman dağılmaqla üzləşə bilən birləşmələrinin heç bir əhəmiyyəti yoxdur. Dağılmayacaq real birlik güclülərin birliyidir. Müasir siyasi tarix də göstərir ki, güclü milli-demokratik dövlətlərin beynəlxalq hüquqla nizamlanan konsolidasiyası bu gün beynəlxalq siyasətin öncə bəhs etdiyimiz tendensiyanı gücləndirən determinantıdır…

Feyziyevin istinad etdiyi ABŞ-ın Massaçusest Texnologiya inistitutunun professoru Daron Əcmoğlu və Harvad Universitetinin professoru Ceyms Robinson da belə bir dəyərli fikri əsaslandırırlar ki, milli dövlətlərin getdikcə demokratikləşməsi və bu yöndə inistisional islahatlarını gücləndirməsi onların dünya siyasi və iqtisadi sistemində daha da sıx birləşməsinin, regional əməkdaşlığı qlobal əməkdaşlığa istiqamətləndirilməsinin əsas şərtidir. Çünki dünya dövlətlərinin və xalqlarınını birləşdirməyin imperiya yolu özünü doğrultmur, onun zamanı artıq keçib. Qərb imperializminin ifrat formada müstəmləkəçiliyə çevrilməsi və onun fəaliyyətinin nəticəsində dünyanın çox hissəsi “sümrülmüş kasıb regionlar” şəklinə düşüb. Buna görə də hazırkı postimprium tendensiyasında birləşmə meyilləri beynəlxalq siyasətdə əsl inqilab yaratmaqdır: gözümüzün qabağında bizim doğma planet hegomonların dünyasından milli dövlətlərin Dünya Birliyinə çevrilir. Bu beynəlxalq siyasətdə, həqiqətən, dönüşyaradıcı dəyişmədir. Gərək beynəlxalq birliyin suveren siyasi subyektləri imkan verməyə ki, onların birlik yaratma təşəbbüsləri hansısa fövqəlgücün iradəsi altına düşsün…

Feyziyevə görə Türk Dövlətləri Birliyinin yaradılması türk xalqlarının milli iradəsinin təzahürü kimi həyata keçirilir. Bu potensialın gerçəkləşməsinin tarixi əhəmiyyəti həm çağın tələbinə adekvat olması ilə, həm də tarixən eyni kökdən boy verməsi səbəbiylə başqa birliklərdən fərqlənir. Həmçinin, yeni dünya sistemini modelləşdirən proseslər beynəlxalq siyasətdə Avropa İttifaqının yaranmasından sonra birlikyaratmanın vacibliyini ön plana çıxardıb. Lakin buna baxmayaraq siyasi, iqtisadi, bəşəri dəyəri olmayan birlikyaratmaqla hansısa fövqəl dövlətə xidmət etmək lazımsız bir şeydir. Türk Dövlətləri Birliyinin yaranma səbəbi tamamilə aydındır. O, Avropa Birliyinə qarşı yaranmır. Türk Dövlətləri Birliyi Avropa modelinə alternativ olaraq Avrasiya modeli kimi yaranaraq qloballaşan dünyaya Avropa modelilə yanaşı atbaşı fayda vermək məqsədi güdür. Əgər bugün Rusiya üzünü türk dövlətlərinə tutub, “Avrasiya İttifaqı” ideyasını araya atırsa, dərhal aydın olur ki, burada dominant Rusiya olacaq, birləşmə isə məcburi xarakter daşıyacaq. Məcburi xarakter daşıdığı üçün də Sovet İtgifaqı kimi əvvəl-axır dğılacaq. Hətta sosialist bloku kimi beynəlxalq ” çəpəri” olan, ağır zərbələrə davam gətirən qalxana sahib bu imperiyanı dağılmaqdan xilas etmək mümkün olmadı. Deməli, bu cür süni şəkildə yaradılmış birliyin qloballaşan dünyaya zərər vurmaqdan başqa bir məqsədi ola bilməz. Türk dövlətləri Birliyi, məhz, bu səbəbdən Rusiyasız birlikyaratma həqiqətinə tapınaraq dünyaya fayda vermək niyyətindədir artıq…

Cavanşir Feyziyev bundan sonra belə qənaətə gəlir ki, milli identiklik sferasının cazibə gücü o qədər qüvvətlidir ki, hətta Amerika Birləşmiş Ştatları kimi unikal üniversal bir dövlətdə də sözün klassik mənasında nasionalizm ideologiyası arqumentasiya qazana bilir. Qlobal siyasətə dair bir sıra polemika məzmunlu əsərlərin müəllifi Ş. P. Hantinqtoq bu dəfə Amerika milltçiliyinin ideologiyasını əsaslandırmağa çalışır. Göstərir ki, 1820-1992-ci illər arasında Avropanı tərk edən 55 milyon insanın 60 faizi ABŞ-da məskunlaşıb. ABŞ mahiytcə Avropanın “davamı” olub, daha sonra isə bu ölkəyə dünyanın hər yerindən axının baş verməsi onun “milli simasını” büsbütün dəyişib. Lakin assimilyasiya, demək olar ki, baş verməyib. “Gəlmələr gəlməliyində”, yerlilər “yerliliyində” qalıb. Amerika Birləşmiş Ştatları milli tərkibinə görə amorf bir dövlətə çevrilib. Bu isə ona böyük təhlükədir. Dünya dövlətləri milli varlığına əsaslandığı halda, ABŞ belə bir təməldən məhrum olmaq vəziyyətinə gəlib:”Əgər xalqlar amerikalı olmaq üçün Amerikaya, türklər alman olmaq üçün Almaniyaya gəlmirlərsə”, deməli, insanlar hara üz tuturlarsa milliyyətlərini də oraya daşıyırlar”. Buna görə də Hantinqton həmvətənləri qarşısınada belə bir sual qoyur:”Biz kimik? Cavabını da özü verir:” Biz Amerikalıyıq”. Bu paradiqma ilə də Hantinqton öz ideyasının triumfuna çatır çatır: “Amerikalılar böyük əksəriyyətlə Allaha və Vətənə bağlıdırlar. Onlar üçün Allah və Vətən ayrılmazdır. Əgər din hər bir qitədə xalqların inam və müttəfiqlik sferasını yaradırsa və onları, eyni zamanda antaqonizmə gətirirsə onda amerikalıların da milli identikliyini və milli məqsədlərini tapması üçün öz dininə (katolik və protestantlığa) üz tutması təəccüblü deyil. Amerika elitasının əhəmiyyətli bir qismi bu mövqedədir ki, Amerika kosmopolit cəmiyyətdir. Digər qismi isə onu imperiya rolunda görür. Amerika xalqının böyük əksəriyyəti isə özünü əsrlər boyu movcud olmuş Amerika identikliyinin saxlanılmasına və gücləndirilməsinə, milli alternativə söykənməyini məsuliyyətli sanır. Amerika getdikcə dünya olur. Dünya getdikcə Amerika olur. Ancaq Amerika həm də Amerika olaraq qalır. Fəqət necə Amerika? Kosmopolit? İmperialist? Yoxsa Milli? Amerikalıların seçimi bir millət olaraq onların gələcəyini və dünyanın gələcəyini müəyyən edir”. Deməli, bu baxımdan yanaşdıq da Türk Dövlətləri Birliyi çoxdan kimliyini bilmiş, seçimin etmiş bəxti gətirən birlik olmalıdır. Çünki onun identikliyi aydan arı, sudan durudur…

Feyziyevin interpretasiyası baxımından müasir dünya dövlətləri ümummilli, regional, linqvistik, dini, sivilizasion əsaslarda daxili intiqrasiyaya girir. Bu inteqrasiyanın uzun müddətli perspektivində siyasi və iqtisadi maraqları uzlaşaraq yaranan birliyin üzünü tarix qarşısında ağ edir. Türk dövlətlərinin də daxili inteqrasiyasını öz içinə alan bu tendensiya beynəlxalq hüquqla nizamlanan beynəlxalq siyasətin yeni proqressiv-sinarxik mərhələyə (reqressiv-xaitik proseslərin ziddinə) keçməsi, daha dəqiq desək, tarixdə ilk dəfə beynəlxalq siyasətlə beynəlxalq hüququn eyni prinsipal mövqedən çıxış etməsi deməkdir. Yəni Türk Dövlətləri Birliyi də beynəlxalq siyasətin zərurəti, beynəlxalq hüququn qanunları ilə həyata vəsiqə alır…

Cavanşir Feyziyev xüsusi olaraq vurğulayır ki, türk dövlətləri regionda çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, onların təhlükəsizliyi probleminin birlikdə həll edilməsi, burada müvafiq regional və qlobal məsuliyyətlərin və öhdəliklərin bölüşdürülməsi, sabit sülhün prioritetə çevrilməsi və qarşılıqlı münasibətlərin müstəqillik səviyyəsində, yüksək təminatlılıq əsasında qurulması zərurəti, türk dünyasını birləşdirməyə, öz varlığını bütöv siyasi sistem kimi ifadə etməyə sövq edir. Və türk regional dövlətlərinin Türk Dövlətləri Birliyinə çevrilməsi davamlı və məqsədyönlü fəaliyyətlərin nəticəsində gerçəkləşərək beynəlxalq siyasətin avanqardı, beynəlxalq hüququn subyekti kimi özünün tarixi mərhələsini-Avrasiya geopolitikasının mütərəqqi istiqamətə doğru aparması sevincini yaşayır.
(ardı olacaq)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki