“The Hill” qəzeti məlumatlı mənbələrə istinadən ABŞ ordusunun katibi Daniel Driskolun yaxın günlərdə Pentaqondakı vəzifəsindən ayrılacağını bildirib.
Onların sözlərinə görə, Driskoll ABŞ prezidenti Donald Trampla quru qoşunlarının hazırkı vəziyyətini müzakirə edib və istefa ərizəsi yazıb.
Vətəninfo.az xəbər verir ki, Ağ Evin sözçüsü Anna Kelli qəzetə bildirib ki, “Driskoll Prezident Trampın “Amerikanı Yenidən Böyük Et” planının irəlilədilməsində çox təsirli olub, tarixi hərbi əməliyyatlar zamanı döyüş hazırlığına və atəş gücünə xüsusi diqqət yetirərək müstəsna liderlik nümayiş etdirib, eləcə də Rusiya ilə Ukrayna arasında danışıqları dəstəkləyib. Ali Baş Komandan və Müdafiə Katibi ilə birlikdə gördüyü işlər sayəsində ABŞ ordusu həmişəkindən daha güclü olub”.
Qəzet qeyd edir ki, Driskolun Pentaqondan getməsi quru qüvvələrini Senat tərəfindən təsdiqlənmiş lidersiz qoyacaq.
Daha əvvəl Driskolun yaxın gələcəkdə vəzifəsindən ayrılmağı planlaşdırdığı bildirilmişdi. Xüsusilə, Ordu katibinin 7 sentyabr Əmək Gününə qədər istefa verməyə hazır olduğu, lakin Ağ Evin onun ən azı noyabr ayında ABŞ Konqresinə keçiriləcək ara seçkilərə qədər vəzifəsində qalmasını istədiyi qeyd olunmuşdu.


























