image-reklam-veteninfo
image-1backend

30 il sonra Tupak Şakurun qətlində təqsirli bilinən şəxs məlum olub

image-reklam-veteninfo

Las-Veqas məhkəməsində keçirilən prosesdə 63 yaşlı Dueyn Devis (Dwayne Davis), kriminal aləmdə “Keef D” kimi tanınan şəxs, 1996-cı ildə məşhur reper Tupak Şakurun qətlində təqsirli bilinib.

BBC News-un məlumatına görə, münsiflər heyəti Devisi odlu silahla qəsdən adam öldürməkdə təqsirli hesab edib. O, şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası ilə üzləşir.

Reuters-in məlumatına görə, hökmün rəsmən elan olunması oktyabrın 13-nə planlaşdırılıb.

Dueyn Devis Los-Ancelesin Kompton şəhərində fəaliyyət göstərən “Crips” küçə dəstəsinin keçmiş liderlərindən biri olub. Prokurorluğun iddiasına görə, Devis Tupak Şakurun qətlini reperin əmisi oğlu Orlando Andersona qarşı törədilən hücuma görə qisas məqsədilə planlaşdırıb.

Hadisədən bir neçə saat əvvəl Şakur Las-Veqasda Andersonla mübahisə edib və daha sonra reperin mühafizəçiləri Andersonu döyüblər.

İttihama görə, Devis, Anderson və daha iki nəfər ağ rəngli “Cadillac” avtomobili ilə Tupak Şakuru axtarmağa başlayıblar. Prokurorlar hesab edir ki, Devis sonradan reperin öldürüldüyü atışmada istifadə olunan silahı atəş açan şəxsə verib.

Devis özü uzun müddət hər hansı cinayət törətdiyini inkar edib. Lakin o, 2018-ci ildə verdiyi bir sıra müsahibələrdə və 2019-cu ildə nəşr olunan xatirələrində hadisə ilə bağlı məlumatlar açıqlayıb.

Məhz bu açıqlamalar hüquq-mühafizə orqanlarına istintaqı yenidən aktivləşdirməyə imkan verib. Devisin müdafiə tərəfi isə məhkəmədə onun xatirələrindəki məlumatların uydurma olduğunu bildirib.

Devis kitabında atəş açan şəxsin kimliyini açıqlamayıb. Həmin vaxt avtomobildə onunla birlikdə olan digər üç şəxsin hamısı sonradan dünyasını dəyişib. Onlardan biri – Devisin əmisi oğlu Orlando Anderson – 1996-cı ildə Tupak Şakurun qətli ilə bağlı polis tərəfindən dindirilsə də, heç vaxt bu cinayətdə ittiham olunmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki