image-reklam-veteninfo
image-1backend

Rusiya buna hazırdır – “Rusiya Dəmir Yolları” şirkətinin rəhbəri

image-reklam-veteninfo

Rusiya Federasiyası Ermənistanla imzalanmış konsessiya müqaviləsinin bütün şərtlərini yerinə yetirdiyini və müxtəlif məsələlərlə bağlı erməni tərəfi ilə dialoqa açıq olduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, “Rusiya Dəmir Yolları” şirkətinin rəhbəri Oleq Belozyorov “İzvestiya”ya açıqlamasında bildirib ki, şirkət Ermənistanla bağlanmış konsessiya müqaviləsinin bütün bəndlərinə əməl edir və tərəflər arasında müxtəlif məsələlər və təkliflərlə bağlı müzakirələr davam etdirilir.

Belozyorovun sözlərinə görə, Rusiya tərəfi erməni tərəfdaşları ilə daim əlaqə saxlayır və müvafiq birgə aktlara uyğun olaraq həyata keçirilən saziş üzrə öhdəliklərini vicdanla yerinə yetirir.

“Bununla əlaqədar müxtəlif suallar və təkliflər ortaya çıxır. Biz onları birgə müzakirə edir və müvafiq tədbirləri müəyyənləşdiririk. Erməni tərəfdaşlarımız tərəfindən bizə ünvanlanan müxtəlif məsələlər var. Biz dialoqa açığıq”, – deyə Belozyorov bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki