Bu gün Peru hökuməti İranla diplomatik əlaqələri kəsmək qərarına gəlib. Vətəninfo.az xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar Yaxın Şərqdəki vəziyyət, İranın Hörmüz boğazında hərəkətləri və beynəlxalq dəniz ticarətində yaranan məhdudiyyətlərlə bağlıdır.
Peru XİN mart ayından etibarən Hörmüz boğazından keçən beynəlxalq ticarətin pozulması ilə bağlı narahatlığını ifadə edib. Nazirlik bu vəziyyətin davam etməsinin enerji qiymətlərinə və qlobal təchizat zəncirlərinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Açıqlamada İran Yaxın Şərqdə zorakılığı və münaqişələrin eskalasiyasını təşviq etməkdə ittiham olunub. Rəsmi Lima Tehranın AEBA-nın fəaliyyətinə mane olduğunu bildirib.
Bununla belə, diplomatik əlaqələrin kəsilməsinin İranla konsulluq əlaqələrinin dayandırılması anlamına gəlmədiyi xüsusi vurğulanıb.


























