Vətəninfo.az xəbər verir ki, Maltanın nüfuzlu “The Maltese Herald” yeni bir araşdırma məqalə yayımlaylıb və bu məqalədə “Alkagesta” kimi nəhəng nefit daşımaçılarından biri kimi ciddi formada ittiham edilir.
Davam edən araşdırmalardan sonra “The Maltese Herald” nəşri təsdiq edə bilər ki, Türkiyənin sənaye konqlomeratı “Tüpraş” “Alkagesta”nın ən böyük neft müştərisidir və “Tüpraş” həm də əsas Rusiya nefti alıcılarından biri olub. Lakin “Tüpraş” ötən il Rusiyadan dəniz yolu ilə xam neft idxalını dayandırdığını elan etmişdi və cari hesabatlar Türkiyənin də Rusiya neftinin idxalını azaltdığını bildirir.
Bununla belə, “Tüpraş”ın hələ də Rusiya nefti alıb-almaması sual altındadır və şirkət hələ ki Rusiya neftinin alışını tamamilə dayandırdığını təkzib etməyib.
“Tüpraş” Türkiyənin ən böyük neftemalı və energetika şirkətidir; o, İzmit, İzmir, Kırıkkale və Batmanda illik təxminən 30 milyon ton ümumi xam neft emalı gücünə malik dörd neftemalı zavodunu idarə edir. Onun fəaliyyəti neft emalından əlavə, elektrik enerjisi istehsalı, yanacaq paylanması, logistika, neft ticarəti və yeni enerji texnologiyalarını da əhatə edir.
“Alkagesta” isə Maltanın ən böyük neft bunkerləmə şirkətidir və bu ilin əvvəlinə olan məlumata görə, Maltaya Rusiya nefti idxal edib. Şirkətin Aralıq dənizindəki əsas müştəriləri “Tüpraş” və “Penisula Petrol”dur və o, əsasən Maltanın “Freeport” neft bunkerləmə terminalından fəaliyyət göstərir.
Redaksiyadan: Məlumat “The Maltese Herald” saytına istinadən Vətəninfo.az tərəfindən hazırlanıb.















