Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir istefa verib.
Veteninfo.az-ın məlumatına görə, bu barədə “Hürriyet” qəzetinin idman departamentinin rəhbəri Mehmet Arslan özünün tviter səhifəsində paylaşım edib.
Onunla yanaşı, daha bir neçə idman müxbiri 72 yaşlı funksionerin TFF-dəki vəzifəsini tərk etdiyini yazıb.
Qeyd edək ki, Nihat Özdemir 2019-cu ilin iyununda TFF prezidenti seçilib.