image-1049070236_0_0_1129_635_1920x0_80_0_0_31b461820a3786abed4a93ccea9eb2abbackend

Türkiyədə seçkilərin İLK NƏTİCƏLƏRİ: Seçkilər ikinci tura gedir… – YENİLƏNİR

image-reklam_sirab_01

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda sandıqların 96.34% faizi açılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan – 49.67%

Kamal Kılıçdaroğlu – 44,59%

Sinan Oğan – 5,29%
xxx

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 24,66 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 54,63 faiz səslə öndədir.

Vətəninfo.az xəbər verir ki, ikinci yerdə 39,39 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,42 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərinin ilkin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası 45,55 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 16,04 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,43 faiz, İYİ Partiya 7,73 faiz, Yaşıl Sol Partiya 7,76 faiz səs toplayıb.

xxx

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 20,02 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,46 faiz səslə öndədir.

Vətəninfo.az xəbər verir ki, ikinci yerdə 38,57 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,39 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 46,94 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 15,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,71 faiz, İYİ Partiya 7,32 faiz, Yaşıl Sol Partiya 7,28 faiz səs toplayıb.

xxx

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 15,52 faizinin sayılmasından sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 56,67 faiz səslə liderdir.

Vətəninfo.az xəbər verir ki, ikinci yerdə 37,40 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,33 faiz).

Parlament seçkilərində, ilkin nəticələrə görə, “Cümhur İttifaqı” 67,02 faiz, “Millət İttifaqı” 22,07 faiz, “Əmək və Azadlıq İttifaqı” 6,76 faiz, “Ata İttifaqı” 0,75 faiz səs toplayıb.

xxx

19:48

Türkiyədə prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.

Vətəninfo.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan edir.

Səsvermə bülletenlərinin 10,86 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səs qazanıb. İkinci yerdə 35,84 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir. Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,21 faiz).

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır – “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki