image-64backend

U-21 millimiz Xorvatiya ilə qarşılşacaq

image-reklam_sirab_01
U-21 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Veteninfo.az  xəbər verir ki, Milan Obradoviçin komandası A qrupundakı 4-cü sınağında Xorvatiya ilə qarşılaşacaq. Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq. Matçı Çexiyadan olan FIFA referisi Ondrjey Berka idarə edəcək.
Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya və Avstriyaya məğlub olub, üçüncü oyunda isə Finlandiya ilə heç-heçə edib. Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xorvatiya isə 9 xalla 2-cidir.
AVRO-2023-ün seçmə mərhələsi
12 oktyabr
20:30. Azərbaycan – Xorvatiya
Baş hakim: Ondrjey Berka (Çexiya)
Sumqayıt. “Kapital Bank Arena”
Avstriya – 9, Xorvatiya – 9, Norveç – 6, Finlandiya – 4, Azərbaycan – 1, Estoniya – 0
Qrupun digər matçlarında Norveç Estoniyanı, Finlandiya isə Avstriyanı qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki