image-20backend

UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib

image-reklam_sirab_01

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib.

Vətənindo.az-ın məlumatına görə, postda Azərbaycan təmsilçisinin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.

Paylaşımda “Qarabağ” H qrupunda irəliləyir. Onların ən yaxşı oyunçusu kimdir?” sualı da ünvanlanıb.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” klubu ilə üz-üzə gələcək. “Köhlən atlar” ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki