Ukrayna Premyer Liqasının qalan oyunları Rumıniyada keçirilə bilər.
Veteninfo.az saytının məlumatına görə, bu təkliflə Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku çıxış edib.
Ölkədə müharibə şəraitinin yaranması səbəbindən klub rəhbərliyinin müraciətindən sonra Kiyevi tərk etmək məcburiyyətində qalan təcrübəli mütəxəssis Rumıniya Futbol Federasiyasına bu barədə müraciət edib. O, vəziyyət düzələnə qədər Ukrayna çempionatının matçlarının vətənində təşkilini istəyib. Rumınlar hələlik konkret cavab verməsələr də, bu varianta müsbət yanaşırlar.
Qeyd edək ki, Ukrayna Premyer Liqası XIX turdan sonra dayandırılıb.