1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 15 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizəd Ülvi Quliyev avqustun 9-da başlayan təbliğat və təşviqat kampaniyası çərçivəsində bu günə qədər çoxsaylı görüşlər keçirib.
Deputatlığa namizəd Ülvi Quliyev seçki dairəsi ərazisində növbəti görüşü şəhid ailələri və qazilərlə olub. Ülvi Quliyev bu görüşdə şəhid ailələrinin, qazilərin təklif və şikayətlərini dinləyib.