image-reklam-veteninfo
image-1backend

“Uşağa yol zülmü yaşatmağa dəyərmi?” – Murad Arif

image-reklam-veteninfo

Müğənni Murad Arif məktəblərdə şagirdlərin yaşayış yerinə uyğun olaraq təhsil müəssisələrinə yönləndirilməsi məsələsini gündəmə gətirib.

Vətəninfo.az  xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Murad Arif bildirib ki, valideynlərin övladlarını yalnız “yaxşı məktəb” hesab etdikləri təhsil müəssisələrinə görə yaşadıqları ərazidən kilometrlərlə uzağa aparması düzgün deyil.

“Onsuz da, 8-ci, 9-cu siniflərdən uşağına fərdi müəllim axtarıb konkret sahəyə, instituta yönəldəcək valideynlərin bu gün ‘yaxşı məktəb’ adıyla övladlarını qaldığı rayonda yox, 3-4 rayon o tərəfdə məktəbə göndərməsini, körpəni hər gün 90-120 dəqiqə tıxaclarda yaşamasını anlaya bilmirəm. Bu boyda məntiqsizlik olarmı?” – deyə o qeyd edib.

Sənətçi bölgələrdən və periferiyadan yüksək bal toplayan, eləcə də xarici ölkələrin universitetlərinə qəbul olan şagirdlərin olduğunu vurğulayıb.

“Faktdır ki, bölgələrdən, periferiyadan yüksək bal nəticələri, xarici ölkələrə qəbul nəticələri var. Sizcə, bu axmaqlığa qarşı yaşayış yerinə görə məktəb təyinatı qərarı qəbul edilməlidirmi?” – Murad Arif sual edib.

O, xüsusi təmayüllü, xüsusi xidmət göstərən, xüsusi uşaqlara tədris edən və özəl məktəblərin bu qaydadan istisna edilməli olduğunu bildirib.

“Amma adi, orta təhsil üçün, dəyərmi uşağa yol zülmü yaşatmaq?” – deyə Murad Arif əlavə edib.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki