image-al5a6347-min-1000x650backend

Uşaq və yeniyetmələr arasında qazlı içkilərin və rəf ömrü uzun paketlənmiş qidaların istehlakının azaldılmasına dair bir sıra media rəhbərləri ilə görüş keçirilib – FOTOLAR 

image-reklam_sirab_01

Məlumat üçün bildiririk ki, “Əks-Səda Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Bakı Şəhər Gənclər və İdman İdarəsinn tərəfdaşlığı ilə “Uşaq və yeniyetmələr arasında qazlı içkilərin və paketlənmiş qidaların satışının qarşısının alınmasına dair jurnalist təşəbbüslərin artırılması” adlı layihənin icrasını uğurla icra edir. Layihənin məqsədi uşaq və yeniyetmələr arasında zərərli qazlı içkilərin və hazır kimyəvi qida qatqılı paket qidalarının satışının qanunvericiliklə qadağan olunmasına nail olmaq və bu istiqamətdə ictimai vəkillik təşəbbüslərinin gücləndirilməsindən ibarətdir.

Layihə çərçivəsində bir sıra media media rəhbərləri ilə görüş keçirilib. Görüşdə layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova layihə barəsində geniş məlumat verib və mövzunun aktuallığını nəzərə alaraq mütəmadi olaraq KİV-lərdə işıqlandırılmasının vacibliyini diqqətə çatdırıb. Görüş zamanı Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Asim Vəliyev, Bakı şəhər Gənclər və İdman İdarəsi Səbail rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Rüfət Əhmədov, aparıcı məsləhətçisi Nail Bağırzadə, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, “Veteninfo.az” informasiya portalının rəhbəri Nahid Canbaxışlı, “Yeniçağ Media Qrupu”nun rəhbəri Aqil Ələsgər, İnterpress.az informasiya portalının rəhbəri Toğrul Allahverdili, “newscenter.az” saytının baş redaktoru Süleyman İsmayılbəyli, “ulusal.az” saytının baş redaktoru Qoşqar Salmanlı, “Addım” Gənclərin İnkişaf Mərkəzinin həmtəsisçisi Kamil Həmidov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin idarə heyətinin üzvü Xəqan Qədimov iştirak edib. Qazlı və rəngli içkilərin, o cümlədən rəf ömrü uzun paketli qidaların uşaq və yeniyetmələr arasında istehlakının azaldılmasına dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb. Nəzərinizə çatdırırıq ki, layihə çərçivəsində Sabunçu rayonu, Xəzər rayonu, Pirallahı rayonu, Nizami rayonu və Səbail rayonunda uşaq və yeniyetmələrlə görüşlər keçirilib. Həmçinin sosial şəbəkələrdə paylaşılması üçün maarifləndirici elektron bannerlər və yazılar hazırlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki