image-ayten-suleymanova-azerbaycan-kooperasiya-universitetinin-telebesi-rayonun-feal-gencibackend

Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozası

image-reklam_sirab_01

Bütün dünya Pandemiyaya qarşı mübarizə apardığı bir zamanda hər bir vətəndaş bu məsələdə sosial məsuliyyət daşıyır. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Hazırda hər bir vətəndaşımızın 4 növ vaksin seçimi hüququ var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 2 milyon dozadan artıq peyvənd istifadə edilib. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliyə qarşı hazırlıqlı olur və xəstəlik zamanı ağırlaşmanın qarşısı alınır.

Artıq Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edir və bu virusa  gənc və sağlam insanlar da yoluxurlar. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini vacib edir.  Peyvənddən bir müddət keçdikdən sonra qorunma səviyyəsi zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı nəzərdə tutur.

Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha böyükdür.

Məlumdur ki, bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb və yan təsirlər isə hər kəsdə olan təsirlərdir. Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski vardır. Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir.  Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir.

Apılan tədqiatlar göstərir ki, buster dozasının qəbulundan sonra xəstəliyitutlanların ayə çox az olur. Belə ki, İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Tədqiqatlara görə buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır;

Buster peyvəndin gücləndirici dozası sayılır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Sağlamlığımızı təmin etmək üçün bu dozanı vurdurmalıyıq.

Aytən Süleymanova — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Rayonun fəal gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki