image-1backend

Beyin qocalması belə ölçüləcək?

image-reklam_sirab_01

Amerikalı alimlər beynin MRT skanlarını təhlil edə və beynin qocalma sürətini ölçə bilən süni intellekt modeli yaradıblar. Mütəxəssislər bildirirlər ki, bu neyron şəbəkəsi tibbdə, xüsusən də Alzheimer xəstəliyinin erkən aşkarlanması və demensiyanın qarşısının alınması üçün əsas əhəmiyyət kəsb edə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə Proceedings of the National Academy of Sciences (PNAS) jurnalı məlumat yayıb. Alimlər qeyd edirlər ki, insan beyninin bioloji və xronoloji yaşları müxtəlif ola bilər.

Məsələn, eyni yaşda olan iki insanın birinin beyni digərindən daha tez qocalması tamamilə mümkündür. Yeni yaradılmış neyron şəbəkəsi eyni şəxsin müxtəlif vaxtlarda çəkilmiş MRT beyin skanlarını müqayisə edə bilir və bu müqayisə əsasında beynin nə qədər tez qocaldığını dəqiq müəyyən edə bilir. Alimlər həmçinin qeyd edirlər ki, kişilərdə və qadınlarda beyin yaşlanmasının sürəti fərqlidir, buna görə də kişilər və qadınlar demans və ya Alzheimer xəstəliyi üçün fərqli risk qruplarındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image