Xüsusilə gecə saatlarında ayaqlarda yanma və ağırlıq sinir liflərinin işində pozulma nəticəsində yarana bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb. Qəzetə danışan terapevt Ellie Kannonun sözlərinə görə, diskomfort ağrı və istiliyin qəbulundan məsul olan sinir impulslarının ötürülməsi pozulduqda baş verir.
Belə simptomlar B vitaminlərinin, xüsusən də ət, balıq və digər heyvan mənşəli məhsullarda olan B12 vitamininin çatışmazlığı ilə əlaqələndirilə bilər. Bundan əlavə, ayaqlarda yanma hissi tiroid xəstəliyi və diabetlə əlaqəli ola bilər. Alkoqoldan sui-istifadənin nəticəsi də ola bilər. Doktor Cannon belə hallarda həkimə müraciət etməyi və qan analizi vasitəsilə narahatlığın səbəbini öyrənməyi tövsiyə edir.