image-reklam-veteninfo
image-1backend

Vitkoff: İranla aparılan danışıqlar çox uğurludur

image-reklam-veteninfo

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff İran nümayəndə heyəti ilə Nyu-Yorkda keçirilən məsləhətləşmələri uğurlu qiymətləndirib.

Vətəninfo.az xəbər verir, Vitkoff sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran tərəfi ilə aparılan danışıqlarla bağlı açıqlama verib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi bildirib ki, danışıqlar vasitəçilərin iştirakı ilə həyata keçirilib və gün ərzində tərəflər arasında əlaqə təmin olunub.

“BMT Baş Assambleyası çərçivəsində vasitəçilər vasitəsilə İran nümayəndə heyəti ilə uzunmüddətli danışıqlarda iştirak etdik. Vasitəçilər gün ərzində tərəflər arasında əlaqə saxladılar”, – deyə Vitkoff bildirib.

Onun sözlərinə görə, danışıqların növbəti mərhələsi uğurla başa çatıb.

Vitkoff gələcək təmasların da konstruktiv və perspektivli olacağına ümid etdiyini vurğulayıb. O, vasitəçilərin tərəflər arasında əlaqələrin davam etdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəyini qeyd edib.

ABŞ rəsmisinin açıqlaması Vaşinqton və Tehran arasında diplomatik təmasların davam etdiyini göstərir. Danışıqların növbəti mərhələsinin hansı nəticələr verəcəyi və tərəflərin razılığa nə dərəcədə yaxınlaşacağı isə qarşıdakı təmaslarda müəyyənləşəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki