image-46backend

Vüsal Kamallı dünya çempionu oldu

image-reklam_sirab_01

Gənc idmançımız Vüsal Kamallı dünya çempionu oldu.

Veteninfo.az  xəbər verir ki, Türkiyənin İstanbul şəhərində dünya Şotokan Federasiyanının təşkil etdiyi 11-ci dünya çempionatı keçirilib.

İstanbul şəhərində reallaşan yarışda qardaş Türkiyəni təmsil edən soydaşımız Vüsal Kamallı birinci yeri qazanaraq dünya çempionu olub.

Çempionatda milli komandamızın üzvləri də iştirak ediblər. Böyüklərdən ibarət seçməmizin üzvləri mundialda 9 medal qazanıblar.

Vüsal Kamallı qazandığı medalı Zəfər gününə, həmçinin şəhid və qazilərimizə həsr edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki