“Son günlər Xankəndində ciddi problemlər yaranıb. Silahlı şəxslər şəhərdə sərbəst gəzişir.” – Vətəninfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşr iddia edir ki, Samvel Babayanın tərəfdarları son günlər Xankəndində aktivləşiblər.
“Arayik Arutyunyanın(qondarma rejimin rəhbəri) son fərmanları Samvel Babayanın planlarının qarşısını almaq üçün verilib. Çünki son günlər təkcə Xankəndində bir neçə silahlı insident olub. Saxlanılan şəxslərin Samvel Babyanın tərəfdarları olması məlum olub. Belə görünür ki, Samvel Babayan Qarabağda silahlı çevriliş etmək niyyətindədir. Bu baş verə bilər. Çünki son zamanlar Samvel Babayanın tərəfdarlarının sayı durmadan artır” -nəşr qeyd edib.


























