Azərbaycanda bir sıra səhiyyə məmurlarının bir neçə özəl klinikanı idarə etdiyi ilə bağlı iddialar üzə çıxıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkədə yayılıb.
İddialara görə, bir neçə səhiyyə məmurunun klinikaları monopoliyaya alması səbəbindən ölkə səhiyyəsi bərbad vəziyyətə düşüb.
Həmin məmurların isə “Yeni Klinika”nın direktoru Barat Yusubov, Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli olduğu iddia edilib.
Məlumatda bu şəxslər himayə etdiyi klinikalar tərəfindən bir-birinə müştəri ötürməkdə ittiham olunub:
“Ölkə səhiyyəsinin bu vəziyyətdə olmasının səbəbi 2-3 nəfərin monopoliya qurmasıdır. İnternetde bir az araşdirsanızz aşağıdakıları görəcəksiniz: Barat Yusubov “Yeni Klinika”nın direktorudur, paralel olaraq HP Güvən Klinikasını, Ege Hospitalı, bir sıra eşitme mərkəzlərini və mart ayından Asiman Həsənovdan təhvil aldığı Olimp Hospitalını arenda ile işlədir. Bundan başqa, Şirvan və Şəki rayonlarının Mərkəzi Xəstəxanalarında Ürək cərrahiyyəsi və angioqrafiya mərkəzlərini idarə edir. Asiman Həsənov isə hazırda Bakı Sağlamlıq Mərkəzinin direktorudur və paralel olaraq Sumqayıt Hospital, Avrasiya Hospital və açılmaqda olan Universal Hospitalı idarə edir. Hikmət İbrahimli Gəncə Beynəlxalq Hospital, Medican Hospital, Lənkəran və Tovuzdakı mərkəzi xəstəxanaları, Medistyle Hospital Bakı, Yasamal Hospital, elece de bir sıra laboratoriya və MRT xidmətlərinə nəzarət edir. Bu klinikalar da bir-birinə müştəri ötürürlər. Bu şəxslər 3-5 manat qazanacaqlar deyə, ölkə səhiyyəsi inkiaf edə bilmir”
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.