image-img-20240723-wa0078backend

YAP Ağstafa rayon təşkilatının 31 illiyinə həsr olunmuş tədbir keçirilib

image-reklam_sirab_01

23 iyul 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının 31 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olduğunu sübuta yetirib. Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, həmçinin ictimai-siyasi həyatında həlledici rol oynayır və Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz gündən-günə daha da güclənir, inkişaf edir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, partiya fəalı Nərgiz Şıxməmmədova Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai-siyasi durumdan, Ümummilli Liderin Yeni Azərbaycan Partiyasını ümumxalq partiyasına çevirməsindən danışıblar. Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edilib, yüksək siyasi fəallığı ilə seçilən partiya üzvləri fəxri fərmanlarla təltif olunublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image