Yaponiyanın müdafiə naziri Yasukazu Hamada özünümüdafiə qüvvələrinə Şimali Koreyanın raketinin ölkə ərazisinə təhlükə törətdiyi təqdirdə onu vurmağı tapşırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə BBC yazır.
Şimali Koreya səlahiyyətliləri peyki mayın 31-i saat 12:00-dan iyunun 11-i saat 12:00-a qədər kosmosa göndərmək planlarını açıqlayıb. Tokio hesab edir ki, Pxenyan ballistik raketi sınaqdan keçirmək niyyətindədir.


























