image-download-3backend

 Yaşa, var ol hər zaman, Azərbaycanım!

image-reklam_sirab_01

Vətən – doğulduğun məkandan başlayır. Dünyaya göz açdığın anda havasını içinə çəkdiyin o məkandır Vətən. Vətən müqəddəsdir. Hər guşəsində keçmişimizdən, bu günümüzdən xatirə var. Vətən onun gözəlliyinin şahidi olan zümrüd meşələrdən, durna gözlü bulaqlardan, coşqun dənizlərdən, çaylardan başlayır.

Azərbaycan – qədim tarixinlə, zəngin adət-ənənələrinlə, ecazkar təbiətinlə göz oxşayırsan. Bu vətən, bu diyar hər sahədə daim bir addım irəlidədir. Təbiəti, adət – ənənəsi, tarixi ilə ne qədər göz oxşasa da, Müzəffər ordusu ilə də bir çoxlarının gözünü qorxudur.

2016-ci il Aprel döyüşləri zamanı ordumuzun gücündən bir çox ölkələr artıq qorxmağa başlamışdı. Azərbaycan Ordusu müasir texnikaları, tükənməyən gücü, iradəsi, qorxmazlığı ilə daim dünya orduları sırasında ilk yerləri tutur. Əslində bu əzəldən belədir. Türk orduları ta qədimdən seçilir. İstədiyini nəyin bahasına olursa

olsun almaq biz türklərə xas olan ən başlıca xüsusiyyətdir. Müstəqilliyi, azadlığı hər şeydən üstün tutan biz türklər bunu hər cumlemize, hər sözümüzə təsdiq edirik.

Mən əbədi hür yaşadım, hür yaşaram,
Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram!
Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram
Yırtaram dağları, ənginlərə sığmam, daşaram.

Azərbaycanın qələbəsi ilə başa çatan Aprel döyüşlərində Azərbaycanın Müzəffər ordusu :Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yolları düşməndən  azad etmişdir.

Hər gün bir az daha gücünə güc qatan Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrdan başlayaraq 44 gün davam edən vətən müharibəsində Azərbaycan şanlı zəfərini qazandı. 30 il sonra doğma torpaqlarımıza qovuşduq.

 

Nəsimi rayon gənci, Əlizadə Zeynəb Kamran qızı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image