İngiltərə Premyer Liqasının IX turunda “Mançester Yunayted”lə oyun “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.
Veteninfo.az “Sky Sports”a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Mersisayd təmsilçisində 200-cü qələbəsini qazanıb.
O, 331-ci qarşılaşmada bu uğura yiyələnib. Klopp “qırmızılar”da 200-cü qələbəyə ən tez çatan baş məşqçidir.
Qeyd edək ki, qarşılaşma “Liverpul”un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb.