image-14backend

Zidan şeyxlərə “yox” dedi: O, dünyanın ən yaxşı çempionatında çalışmaq istəmir

image-reklam_sirab_01
“Nyukasl”ın yeni sahibləri baş məşqçi axtarışlarına başlayıb.
Veteninfo.az Lent.az-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanından olan milyarderlər komandanın baş məşqçi postunda adlı-sanlı birini görmək istəyir.
Bu səbəbdən Zinəddin Zidan seçimi edilib.
Ancaq Britaniya mətbuatının yazdığına görə, Zidan mövsümün gedişində işə qaytmaq niyyətində deyil. Buna görə dünyanın ən yaxşı futbol çempionatlarından birinin klubuna rəhbərlik etmək təklifini qəbul etməyib.
“Nyukasl”ın sahibləri əgər gələn yayda baş məşqçi tapa bilməsələr, yenidən fransalını yola gətirməyə çalışacaqlar.
Zidan bu ilin may ayında ikinci dəfə “Real”dan ayrılıb. O, Madrid klubu ilə işlədiyi müddətdə 2 dəfə İspaniya çempionatının qalibi olub, 3 dəfə Çempionlar liqasını, 2 dəfə UEFA Superkubokunu, 2 dəfə Klublararası dünya çempionatını qazanıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki