image-kavalabackend

10 Avropalı diplomat erməni lobbisi tərəfindən ələ alınıb-OSMAN KAVALAYA GÖRƏ

image-reklam_sirab_01

Ötən həftə qardaş ölkə Türkiyədə Avropa İttifaqı ölkələrinin  Ankarada akkreditə olunmuş on səfirin Türkiyə rəhbərliyini bütün fəaliyyəti Türkiyə əleyhinə olan, qondarma erməni soyqırımının tanınması üçün müxtəlif platformalarda Türkiyə əleyhinə fəaliyyət göstərən Osman Kavalaya qarşı Türkiyə iqtidarını siyasi repressiyalara son qoymağa çağırmalarının araxsında hansı güclərin dayandığı yavaş-yavaş məlum olmağa başlayır.

 

 

Birdən-birə Avropalıların Kavalaya bu şəkildə humanist yanaşmaları ilk dəfə idi və Aİ ölkələri diplomatları Türkiyə dövlətinin səbrini bu satıqın kavala ilə bird aha sınamaq istədilər.

Kavalanın həbsdən çıxarılması Avropalılıar üçün niyə bu qədər önəmlidir?

İlkin olaraq qeyd edək kki, Avropalıların himayə etdiyi bu soysuz Kavala içtimai-siyasi proseslərə qoşulduğu gündən Türkiyə düqşməni olduğunu bütün açıqlamaları ilə bildirib.

Osman Kavalanın qondarma erməni soyqırımını ilə Türkiyəyə basqılar edilməsi üçün Aİ ölkələri parlamentlərində etdiyi çıxışlar,onun ermənilərə və Ermənistana açıq dəstək verməsi Türkiyə dövlətinin bu satqına qarşı sonunda cəzalandırıcı addım atmağa məcbur etdi.

Zadəgən ailəsində,Parisdə türk ailəsində göz açdığını,Türk hökumətinin onu ermənilərə və yunanlara satıldığını deməsini ikrahla qarşılayan Kavala,hərçənd əcdadlarının Trakyadan İstanbula köçdüyünü,yəni Kavala İstanbula köçən babalarının dolayısı ilə erməni olduğunu gizlətmir.

Kavala Avropa və Amerikada təhsil alıb.Elə o dövürdən də ətrafındakı erməni gənclərlə davamlı dosluqlar qurub,bu ermənilər vasitəsi ilə erməni lobbisinin diqqətini özünə çəkə bilib.Elə onun biznes sahəsində uğurlar əldə etməsində Avropa erməni lobbisinin xidmətləri danılmazdı.

Osman Kavala 2002-ci ildə Anadolu Mədəniyyət Vəqfini yaradır və erməni lobbisinin tapşırığı əsasında müxtəlkif social fəaliyyətlərə qoşulur.Bu fəaliyyətlər içərisində əsil niyyəti isə başqa idi.

Osman Kavala  ağacların kəsilməsi və torpaq eroziyasına qarşı mübarizə, türk sənətinin xaricdə təbliği, milli və dini azlıqların mədəniyyətinin qorunması kimi social layihələrlə özünü davamlı təbliğ edir,Türkiyə içtimai-siyasi palitrasında diqqətdə qala bilirdi.

Osman Kavalanın əsil üzü isə, Türkiyə və Ermənistanın vətəndaş cəmiyyəti strukturları arasında əməkdaşlığa yönəlmiş layihələri aktiv şəkildə maliyyələşdirməyə başladıqdan sonra üzə çıxdı.Onun bu bir anda ağacların qorunmasından, Ermənistan və ermənilərlə bağlı layhələri maliyyələşdirməsi isə Türkiyə xüsusi xidmət orqanlarının diqqətindən yayınmadı.

Türkiyə Respublikasının sabiq xarici işlər,sonralar baş nazir olan,Əhməd Davudoğunun “möhtəşəm” səyləri və sabiq Türkiyə prezidneti Abdulla Gülün “futbol diplomatiyası” adı altında Ermənistana səfərinin də arxasında məhz Osman Kavalanı bəsləyən qüvvələrin durduğu heç kimə sir deyil.Kavala bir yandan Ermənistan-Türkiyə Gənclər Simfonik Orkestrinin konsertlərinə sponsorluq edib, iki ölkə gənclərinin nümayəndələri arasında dialoq platformasına çevrilən “Bir-birimizlə söhbətlər” layihəsini maliyyələşdirir, digər tərəfdən isə “Ermənistan-Türkiyə Kino Platforması”nın yaradılmasına himayədarlıq edirdi. Kavala durmurdu,davamlı erməni lobbisinin tapşırılqları ilə müxtəlif,ermənilərin maraqlarına xidmət edən layhələrin icrasın həyata keçirirdi.Kavala  Diyarbəkirdəki Surb Kiraqos Erməni Kilsəsinin bərpasına maliyyə dəstəyi vermis erməni bəstəkar Komitasın 140 illik yubileyinin keçirilməsinə belə  kömək etmiş, İstanbulda qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərə maddi dəstəyini açıq şəkildə göstərməkdə idi.

Osman Kavala o dövürdə Türkiyənin xarici siyasətinə rəhbərlik edən Əhməd Davudoğlu ilə birgə ərsəyə gətirilən Sürixdə imzalanan protokolları ratifikasiya olunması üçün,TBMM-nə və AKP iqtidarına belə basqılar göstərməkdə idi.

Amma Türkiyənin o dövürdəki baş naziri Rəcəb Tayyib Ərdoğan  Kavala kimi satqınların hansı niyyətdə olduqlarını gözəl bilirdi və bu satqınların hara qədər gedə biləcəklərini izləyirdilər.

Ərdoğanın birbaşa təlimatı ilə Sürixdə imzalanan protokolların çöpə atılması ilə, Osman Kavala və onu bəsləyən qvvələr Türkiyə iqtidarına qarşı hücumlarını artırmaq qərarı aldılar.

Bu iş üçün isə ən doğru təşkilat isə Kavalanın “Anadolu Kültür” vəqfi idi. İlkin olaraq Kavala ona məxsus  mətbəədə 1915-ci il qondarma soyqırımı ilə bağlı kitabların nəşrin həyata keçirərərk, bu yolla Türkiyəy basıqlar artıracağını düşündü.Bunun ardınca Kavala özünə məxsus “Cezair” restoranında  Türkiyənin 1915-ci il qondarma soyqırımlara görə məsuliyyəti ilə bağlı dəyirmi masalar tə.kil etməyə başladı.Bu satıqın və erməni lobbisinin əsas agentlərindən biri olan Kavala daha da azğınlaşmışdı.Kavala qondarma soyqırımla bağlı tədbirlər keçirməklə bərabər, Avropa dövlətlərinin parlamentlərinin qondarma erməni soyqırımının tanınması ilə bağlı qətnamələr qəbul etməsini də alqışlayırdı.

Osman Kavala Almaniya Bundestaqının qondarma soyqırımla bağlı qəbul etdiyi qətnaməni isə, vaxtında və təcili zəruri addım adlandırmağı belə açıq şəkildə bəyan edirdi. Kavala bəyan edirdi ki, qondarma erməni soyqırımını kortəbii deyil, hökumət səviyyəsində əvvəlcədən planlaşdırılmış və təşkil olunduğunu sübut edə biləcək elmi araşdırmaları maliyyələşdirib.

Qeyd edək ki, 2018-ci ildə “Təlat Paşa: Soyqırımın memarı” kitabını nəşr etdirən tarixçi Hans-Lucas Kieser, ön sözündə Kavalanın köməyinin “tədqiqatın müvəffəqiyyəti üçün çox vacib olduğunu” vurğulayırdı.Yəni tarixçi Hans-Lucas Kieserin bu saxta və əsassız,ermənilərin saxta sənədləri əsasında yayımladığı kitabın maliyyəsin məhz Osman Kavala qarşılamışdı.

Bu Türk və türkiyə düşməni  Kavala Ermənistanda bir neçə dəfə olub və təbii ki, hər dəfə İrəvana gələndə qondarma soyqırım qurbanlarının xatirəsinə ucaldılmış saxta abidənin önünə gül dəstələri belə  qoyurdu.Kavala Ermənistanda qondarma soyqırımın ermənilər tərəfindən keçirilən 101-ci ildönümündə belə iştirak edib. “Mən bir neçə dəfə soyqırımı muzeyində olmuşam, lakin aprelin 24-də burada erməni xalqı ilə birlikdə olmaq tamam başqa hissdir. Bu, mənim üçün çox təsirlidir”, – deyən Kavala erməni mediasının diqqət mərkəzində idi.Erməni mediası hətta bu satqına bir il əvvəl  qondarma soyqırım muzeyi tərəfindən təsis edilmiş “Avrora Mardiganian” medalını sinəsindən asmağını belə görüntüləmişdilər.

Artıq türkiyə hökuməti bu satıqını cəzasız qoya bilməzdi və o İrəvandan İstanbula döndükdən sonar həbs olundu. O, “Konstitusiya quruluşunu dəyişdirməyə və hazırkı hökuməti devirməyə cəhd”də ittiham olundu.

Osman Kavalanın həbsində təkcə onun qondarma soyqırımı təbliği,Türkiyə dövlətinə qarşı qaralama komppaniyalarını maliyyələşdirməsi dayanmırdı,eyni zamanda Kavala İstanbuldakı Gəzi parkındakı ağacların kəsilməsi ilə bağlı hakimiyyətin qərarı ilə bağlı kütləvi etirazların təşkilatçıların maliyələşdirməsi də vardı.

Kavala həbsə girdikdən bir müddət sonar isə, Hrant Dink Beynəlxalq İnsan Haqları Mükafatına layiq görülür.

İstər Türkiyədəki,istərsə də Avropadakı erməni lobbisi əsas casuzlarının həbsinə belə biganə qala bilməzdilər.Onlar müxtəlif yollarla 2019-cu ildə Avropa İnsan Haqları Məhkəməsi vasitəsi ilə  Kavalanın həbsini siyasi motivli təqib kimi tanınması istiqamətində qətnamə qəbuluna nail ola bildilər.

Düzdür  2020-ci ilin fevralında Türkiyə məhkəməsi Osman Kavalanın işi üzrə bəraət hökmü çıxarıb. Amma o həbsdən buraxılmadı. Prokurorluq bu dəfə dövlət çevrilişinə cəhddə iştirakda ittiham edərək yeni həbs qərarı çıxardı.

Bir neçə gün öncə Osman Kavalaya görə  bir araya gələrək,beynəlxalq hüququn bir çox maddələrin pozan 10 Avropa İttifaqı səfirlərinin vermis olduqları bəyanat da sıradan bir bəyanat deyil.Bu bəyanatın verilməsində də erməni lobbisinin birbaşa rolu və iştirakı vardır.

Kavalanın fəaliyyəti bütövlükdə erməni lobbisinin cızdığı xətt üzrə davam edib. Onun müdafiəsində iştirak edən 10 diplomatın təmsil olunduğu ölkələrdə isə erməni lobbisi açıq-aydın meydan sulamaqdadırlar.

Bu səfərlərin mənhz erməni lobbisi tərəfindən ələ alındıqları açıq-aşkar ortadadır.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki