image-reklam-veteninfo
image-1backend

Paşinyan: Türkiyə ilə yaxın gələcəkdə diplomatik münasibətlər quracağıq

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə yaxın gələcəkdə diplomatik münasibətlərin qurulacağına əmin olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Paşinyan bu barədə 2026-cı il Erməni Dünya Sammitində iştirakçılardan birinin sualını cavablandırarkən danışıb.

Baş nazir qeyd edib ki, hazırda Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil. Bununla belə, onun sözlərinə görə, yaxın gələcəkdə iki ölkə arasında diplomatik əlaqələrin qurulması mümkündür.

“Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıblar. Lakin əminəm ki, yaxın gələcəkdə bu münasibətlər bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin tanınması əsasında qurulacaq. Düşünürəm ki, bu, sənədləşdirməli olduğumuz bir faktdır”, – deyə Paşinyan vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki