image-963742_05backend

100 il geri dönüş – Azərbaycan erməniləri peşman etməkdə davam edir

image-reklam_sirab_01

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanı regionun yeni düzənində baş verən dəyişikliyin rəsmi təsdiqidir. Fərmana əsasən ən diqqət çəkən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılması barədə məsələ oldu ki, bu da dediyimin təsdiqidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı imzalanan fərman erməniləri sözün əsl mənasında təşvişə salıb. Çünki düşmən artıq hər şeyin bitdiyini, boşuna xəyal qurub, plan hazırlamağın bundan sonra mənasız olduğunu anlamağa başladı. Qısacası, ermənilərin qorxduqları başlarına gəldi.

Belə ki, haylar Azərbaycanın məhz bu plnanının reallaşmaması üçün təxminən 30 il Qarabağ üzərindən Azərbaycana təzyiqlər edib “status-kvo”nu saxlamaq istəyirdilər. Qarabağ rıçaqı tamamilə əlindən alınan ermənilər daha böyük fakt qarşısında aciz qalıblar. Əgər Qarabağ iqtisadi rayonlarının (Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə) yaradılması ilə Xankəndi, Xocalı və Xocavəndlə bağlı ermənilərin ərazi iddialarının üstündən xətt çəkilmiş oldusa, süni bölgü tarixə qovuşdusa, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə isə tarixi ad bərpa olundu, Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfi rəsmi elan edildi.

Bu Fərmanla Prezident İlham Əliyev Azərbaycanın gələcək strategiyasını açıq elan etdi və düşmənə məkirli planlarının, revanşist fikirlərinin, təxribat, terror cəhdlərinin heç bir işə yaramayacağı mesajını verdi. Dövlət prosesi yetişdirməsi və zamanında – Şuşa Bəyannaməsinin imzalanmasından sonra yekun qərarı verməsi xüsusilə diqqət çəkir. Bu nüans bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti nəyi, nə vaxt, necə etməyi çox yaxşı bilir.

Bu sənəd Qarabağın “statusunun” olmayacağının rəsmi təsdiqidir. Bununla da Vətən müharibəsinin bitdiyini elan edən 10 noyabr bəyanatından sonra açıq qalan bir çox məsələlərlə bağlı rəsmi Bakı planlarını nəinki Ermənistana, onun havadarlarına, ermənipərəst qüvvələrə açıq bəyan etdi. Rəsmi Bakı düşmən kartlarını açaraq açıq oyun təklif etmək fikrində deyil. Sabəbi isə çox sadə, qabağımızda 44 gün əzilmiş, məhv edilmiş bir dövlət var və Azərbaycan onu çoxdan oyundan silib. Bir növ rəsmi Bakı bu Fərmanla dünyaya, dünya ictimiyyətinə, ermənipərəst təşkilatlara, erməni lobbisinin maliyyəşəldirdiyi qurumlara mesaj verdi ki, bu oyunun qalibi bizik.

Azərbaycan Prezidentinin mesajları hədəfə çatır. Son proseslər də göstərir ki, yeni geosiyasi reallığı artıq dünya qəbul etməyə başlayıb. Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin Tiflisdə son çıxışı belə düşünməyə əsas verir. Avropa Birliyinin yüksək çinli diplomatı çıxışı zamanı “Bakıda Dağlıq Qarabağla bağlı postkonflikt planı və savaşın fəsadlarının aradan qaldırılmasını, habelə regionda uzunmüddətli sülhün bərqərar olmasını nəzərdə tutan postkonflikt ideyaları müzakirə etdik” ifadələri rəsmi Brüssellin regionda yaranmış yeni reallığı, Azərbaycanın 44 günlük Vətən Müharibəsi ilə formalaşdırdığı gerçəkliyi qəbul etdiyini, “Dağlıq Qarabağ münaqişəsi” keçmişdə qaldığını təsdiq edir.

Prezidentin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı fərmanı seçildiyi tarixlə diqqət çəkdi. Dövlət başçısı bu əmri 7 iyul tarixində verdi. 7 iyul heç də Azərbaycan üçün təsadüfi tarix deyil. Belə ki, 7 iyul tarixdə (1923-cü il) DQMV-nin yaranma günü kimi həkk olunmuşdu. Azərbaycan Prezidenti faktiki olaraq DQMV yaranma günü olan 7 iyul tarixində Qarabağ iqtisadi rayonunu elan etməklə Qarabağın vahid və bölünməz olduğunu elan etdi. Daha dəqiq desək Prezident “Qarabağ Azərbaycandır!” ifadəsini bu fərmanla tarixə həkk etdi. Bu bölgü iqtisadi səmərəliliyi özündə ehtiva etməklə yanaşı, eyni zamanda tarixi reallığı bərpa etdi. Çünki bu, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlik mühüm bir siyasi-strateji qərardır.

Milli.Az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki