image-zaurbackend

1970-1979-cu illərdə İran dindarlarının Şimali Azərbaycanı ələ keçirmək planları-Dosent Zaur Əliyev YAZIR

image-reklam_sirab_01
İran İslam Respublikasının Azərbaycana qarşı ərazi iddiları olması, hətta Azərbaycan Cümhuriyyəti qurulanda ilk zamanlar diplomatik əlaqələr qurmaqdan çəkinməsi tarixi faktdır. Bu barədə çox yazılıb. Lakin tarix elimində araşdırılmasına ehtiyac olunan Sovet Azərbaycanı dövründə İranın Şimala olan ərazi iddiları və bunun 1978-ci ildə İranda başlanan inqilabdan sonra da davam etməsi prosesidir.
1947-ci ildən başlanaraq İranda yaşayan azərbaycanlılara qarşı təsirlərin fonunda iki Azərbaycanın birləşməsi məsələsinin gündəmə Sovetlər tərəfindən gətirilməsindən sonra başlandı və 1978-ci illərə qədər bu davam elədi. Bu illər ərzində fars, ingilis və digər Qərb dillərində haradasa 20 adda qəzet çapdan çıxmasına baxmayaraq, Azərbaycan dilində qəzetlərin nəşri tamamilə qadağan olunmuşdu. Ümumiyyətlə Azərbaycan dilinə qarşı olan münasibətin kökündə Sovet Azərbaycanında Cənubi Azərbaycan barədə düşüncə və münasibətlərin ədəbi-elmi mühitdə və siyasi dairələrdə canlanması idi. 50-cı illərdə Azərbaycan-İran münasibətlərində soyuqluq yarandı. Pəhləvi İran Azərbaycan dilini sıxışdırdı. Sovet Azərbaycanında isə anti-islam, anti-İran təbliğatı gücləndi. İş o yerə gəlib çatdı ki, Şimalda yaşayan azərbaycanlılar Cənubda soydaşlarımızın təyziq və represiyyalara məruz qalmasından narahat olaraq Sovet rəhbərliyinə müraciət etmişdilər ki, onların taleyinə biganə qalmasınlar. Nəticə 1958-ci ilin 9 dekabrında SSRİ rəhbərliyi Tehranda səfiriliyin nəzdində “azərbaycan məsələləri üzrə məsləhətçi” ştatı açmış idi. 1970-ci illərə qədər Şah rejiminin Azərbaycanlılara qarşı savaşı Fransada hazırlanmaqda olan və İranda siyasi rejimi dəyişəcək qüvvələrin diqqətində idi və mənbələrinə görə, həmin vaxt minə yaxın gizli fəaliyyət göstərən ibadət evləri var idi və ziyarətçilərin təşrif aparması üçün 300-ə qədər müqəddəs ziyarətgah müəyyənləşdirilmişdi. Azərbaycanlıları dini ziyarətgahlarda hazırlayan ruhani qismi Fransada məskunlaşan Xomeyninin tapşırığı ilə Şimalda yaşayan azərbaycanlıları da prosesə qoşub və sonradan buranı sovetlərdən alıb İrana birləşdirilməsi planın hazırlayırdılar. O dövrdə Fransa kəşfiyyatı Xomeynini məlumatlandırmışdı ki, Azərbaycanın Cənub rayonlarında və Bakı ətrafında, daha doğrusu, ölkənin əsasən şiələrin yaşadığı hissələrində Sovet rejiminə baxmayaraq dindarlıq daha çox idi. Azərbaycan DTK-sının sədri general Yusifzadə, xarici casusların sərhədlərimizi gizli keçməsini, həmçinin, gizli təriqətlərin və mürtəce müsəlman ruhanilərinin antisosial fəaliyyətinin İrandan Sovet Azərbaycanına keçməsinə dair rəhbərliyi məlumatlandırmış idi. İrandan gizli yolla Sovet Azərbaycanına keçən qüvvələr Xomeyninin təbliğatını aparır və yaxın zamanda Şah rejiminin devrilməsindən sonra yeni dövlətdə hər iki Azərbaycanın birləşərək vahid İslam dövləti yaradacaqlarına dair dindar qismi inandırmağa çalışırdı. Fransa kəşfiyyatının Xomeyniyə təqdim etdiyi məlumatda yazılırdı “ Sovet Azərbaycanında müsəlmanların oyanışı hiss edildi, bir növ kommunizm rejiminə qarşı qorxmamazlıq və cürət yarandı. Ateist kommunist rejiminin təzyiqləri altında, müsəlmanlar öz dini fəaliyyətlərini artırmağa başladılar.”
Sovet rəhbərliyi bunu görür və bunun qarşısının alınması üçün addımlar atmağa başladılar. Azərbaycanda Xomeyni kəşfiyyatının qarşısının alınması üçün ciddi adımlar atılmağa başlandı və əsas ideya xətti də İslam bayrağı altında Vahid Azərbaycan yox, Sovet bayrağı altında Vahid Azərbaycan ideyaları təbliğ edilməyə başlandı. . Sovet hakimiyyəti orqanları İran təbliğatının yaratdığı təhlükəni dərk edir və buna görə İranda yayımlanan televiziya və radioların Azərbaycanda dinlənilməsinin qarşısını almağa çalışırdılar. Sovet ideoloqları İranın Azərbaycana təsirini azaltmaq və eyni zamanda, məqsədli təbliğatın qarşısını almaq üçün düşünülmüş Vahid Azərbaycanın ancaq communist ideyaları altında daha azad və güclü olacağını yaymağa başladılar. Sovet Azərbaycanın içində artıq dindarlar arasında ikitirəlik yaranmağa başladı-Fransadan Xomeyni tərəfindən təbliğ edilən İslam dövləti yoxsa Sovet Vahid Azərbaycanı arasında qalan dindarlara qarşı Sovet KQB-si amansız cəzalar verirdilər.
Təbrizdə dini başçı Şəriətmədarinin xeyir duası ilə Sovet Azərbaycanına gizli yollarla keçərək dindarlar arasında iş aparan İran agentlərinə qarşı mübarizə o həddə çatmış idi ki, sovet kəşfiyyatı əks cavab olaraq Təbrizə mərkəzlər açmağa başlamış, Türkmənçay müqaviləsinin müddətinin bitməsi və iki Azərbaycanın vahid halda birləşməsinin ancaq sovetlər vasitəsilə mümkün olması təbliğatını gücləndirmişlər idi. Sovetlərin aktivləşməsini görən Fransa yetişdirdiyi Xomeyninin Tehrana qayıtması prosesini sürətləndirdi və 1979-cu ildə Xomeyni Air Fransa hava yollarına məxsus təyyarədə Fransız kəşfiyyatının mühafizəsi altında İrana geri qayıtdı, İranda hakimiyyətə gələn dindarların ABŞ və SSRİ-yə nifrəti özünü ilk illər özünü göstərdi. Lakin sonradan Sovet kəşfiyyatı Xomeyni ilə dil tapa bildi və onun agentləri Şimali Azərbaycandan geri çağrıldı və sovetlər də qarşılıq olaraq Vahid Azərbaycan ideyasından imtina etdilər. Beləcə iki Azərbaycanının taleyi yenidən böyük güclərin razılaşmasından sonra kənara atıldı..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki