image-366875_res_00backend

“2-3 aydır ABŞ-la birlikdə bu razılaşma üzərində işləyirdik…”

image-reklam_sirab_01

Gürcüstan hakimiyyəti Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması üçün  iki-üç ay ərzində işi davam etdirib.

 

Veteninfo.az xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri David Zalkaliani Azərbaycanın 15 erməni əsgərini geri qaytarmasının əvəzində Ermənistanın Ağdamda minalanmış ərazilərin xəritəsini verməsi barədə dünən həyata keçirilmiş mühüm razılaşmanı şərh edərkən deyib.

Nazir deyib ki, razılaşmanın şərtləri baş nazir İrakli Qaribaşvilinin fəal vasitəçilik səyləri ilə razılaşdırılıb. Prosesə habelə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Riker də fəal cəlb olunub.

 

“2-3 ay ərzində biz başlıca tərəfdaşımızla (ABŞ) bu nəticənin əldə edilməsi üçün fəal şəkildə işləmişik. Mən çox şadam ki, hazırda belə nəticə əldə etmişik və ilk növbədə strateji tərəfdaşlarımız Azərbaycanla Ermənistana təşəkkür etmək istərdim, hansı ki, regionda uzunmüddətli sülhün və stabilliyin əldə olunması üçün qarşılıqlı addımlar atmağın vacibliyini yaxşı dərk ediblər”,-Zalkaliani bildirib.

İyunun 6-da Filip Riker Cənubi Qafqaz turnesi çərçivəsində Gürcüstana səfər edib. Zalkaliani bildirib  ki, Amerika nümayəndə heyəti Bakı və Yerevandakı müzakirələrdən sonra yenidən Tbilisiyə qayıdıb. Gürcüstan  XİN rəhbəri deyib ki, əldə edilmiş təcrübənin həm humanitar, həm digər mühüm məsələlərin həlli üçün yeni formatın yaradılması üçün əsas olacağına ümid edir.

 

“Xatırlayırsınızsa, müxtəlif formatlar barədə təşəbbüslər olub. Burada “3+3” formatı və s.barədə söhbətlər də olub, amma biz situasiyanı çox yaxşı analiz etdik və çox yaxşı gördük ki, hansı formatlar və münasibətlər mümkündür, hansılar nəticə verə bilər. İlk növbədə biz üç Cənubi Qafqaz respublikası-Gürcüstan, Azərbaycan və Ermənistan arasında bilavasitə üçtərəfli münasibətlərin başlamasını  və humanitar məsələlərin həllinə kömək edən belə formatı təklif etdik. Biz konkret nəticələr verən elementar layihələrdən başlayacağıq, o cümlədən iqtisadiyyat, biznes-münasibətlərin, logistika əlaqələrinin qurulması, xalqlar arasında münasibətlərin inkişafı istiqamətində. Ona görə ki, bu kiçik addımlar sayəsində daha genişmiqyaslı əməkdaşlığa çıxmaq mümkün olsun”,-xarici işlər naziri belə deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki