image-modern-az-02-07-2021-1625234371backend

3-cü “Jurnalist binası”nın mənzilləri nə vaxt paylanacaq? – MEDİA rəhbərindən AÇIQLAMA

image-reklam_sirab_01

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirdiyi mətbuat konfransında üçüncü “Jurnalisatlər binası” ilə bağlı suala da cavab verib.

Veteninfo.az xəbər verir ki, o, binanın hələ MEDİA-ya təhvil verilmədiyini qeyd edib.

“Jurnalistlər üçün tikilən sonuncu bina hələ podratçı şirkət tərəfindən təhvil verilməyib”.

Ə.İsmayılovun sözlərin ə görə, binada hələ görüləcək işlər var:

“Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur. Eyni zamanda, jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur. Qərar olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.

Xatırladaq ki, jurnalistlərin Bakının Bibiheybət yaşayış sahəsindəki 156 mənzildən ibarət ilk binası 2013-cü ildə istifadəyə verilib.

256 mənzildən ibarət ikinci bina isə 2017-ci ilin iyulunda sahiblərinə verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki