image-image_750x_6467278541289backend

4 ildən sonra ilk dəfə Moskva-Tbilisi reysi ilə təyyarə uçdu

image-reklam_sirab_01

Rusiyanın “Azimut” aviaşirkətinin Moskva-Tbilisi reysi ilə uçan təyyarəsi Vnukovo hava limanından havaya qalxıb.

“Kommersant” xəbər verir ki, bu, son 4 ildə Rusiya ilə Gürcüstan arasında ilk birbaşa uçuşdur.

Hava limanının saytındakı məlumata görə, reys bir qədər gecikmə ilə uçub. Qrafikə görə, təyyarə Moskvadan saat 8:50-də yola düşməli olub, lakin faktiki uçuş saat 9:07-də ​​baş tutub. Təyyarənin Tbilisi Beynəlxalq Hava Limanına yerli vaxtla saat 13:38-də çatacağı gözlənilir.

Qeyd edək ki, mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Rusiya aviaşirkətləri üçün Gürcüstana uçuşlara qoyulan qadağanı ləğv edib. Mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv edilib. İndiyədək Rusiya aviaşirkətlərindən yalnız “Azimut” Gürcüstana uçmaq hüququ əldə edib. Tbilisi, Batumi və Kutaisiyə uçuşlar üçün icazə Rusiyanın daha dörd aviaşirkəti tərəfindən Gürcüstan hakimiyyətindən tələb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki