ABŞ Prezidenti Donald Tramp fond bazarında baş verən kəskin enişə görə Demokrat Partiyasını və seçki nəticələrini məsul tutub.
Vətəninfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Amerika fond bazarlarının tarixinin ən pis günlərindən birini yaşadığını qeyd edən ABŞ prezidenti baş verənləri siyasi rəqiblərinin fəaliyyəti ilə əlaqələndirib.
“Seçki nəticələrinə görə fond bazarı tarixinin ən pis günlərindən birini yaşadı. Bunu görmək çox kədərlidir. Bizi əvvəllər heç kimin görmədiyi bir səviyyəyə çatdırmaq üçün çox səy göstərildi, lakin sonra bu baş verdi. Pensiya əmanətləriniz də müvafiq olaraq azalıb. Unutmayın ki, bu, Respublikaçıların deyil, Demokratların günahıdır”, – deyə Tramp yazıb.
ABŞ prezidenti eyni zamanda vətəndaşları təşvişə düşməməyə çağırıb. O, bazardakı kəskin enişə baxmayaraq, ABŞ-ın yaxın gələcəkdə əvvəlkindən daha böyük və güclü olacağını vəd edib.


























