image-reklam-veteninfo
image-1backend

Bu nazirliyə yeni səlahiyyət verildi

image-reklam-veteninfo

Nazirlər Kabineti 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edib.

Vətəninfo.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə (AZCON və Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olanlar istisna olmaqla) korporativ idarəetmə Qaydaları və Standartlarının tətbiqi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

Sənəd dövlət müəssisələrinin büdcə layihələrinin və proqnozlarının, gəlir və xərc smetalarının icrasının monitorinqi, həmçinin xalis mənfəətin bölüşdürülməsi və dividend siyasəti üzrə qaydaları təsdiq edən Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki