İranda 4 polis həlak olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Fars agentliyi yayıb.
Hadisə Sistan və Bəlucistan əyalətinin Taftan-Kəş avtomobil yolunda baş verib.
Naməlum şəxslər yol polisi maşınına hücum edib, nəticədə 3 polis hadisə yerində ölüb.
Daha bir hüquq-mühafizə orqanı əməkdaşı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.